05:49 20 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9343
Merkel və Putin

Putin və Merkel RİA Novosti-nin Ukrayna bürosunun əməkdaşından danışdı

© Sputnik / Mikhail Klimentyev
RUSİYA
Qısa URL
64 0 0

İnsana qarşı öz peşəkar vəzifələrini açıq şəkildə etdiyi üçün dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürməyə çalışırlar. Mən belə bir şeyi çoxdandır ki, görmürdüm, xatırlamıram

BAKI, 18 may — Sputnik. Soçidə səfərdə olan Almaniyanın Federal kansleri Angela Merkel bəyan edib ki, Ukrayna prezidenti Pyotr Poroşenko ilə RİA Novosti-nin Ukrayna bürosunun əməkdaşı Kirill Vışinkinin saxlanılması barədə vəziyyəti müzakirə edəcək. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

"Jurnalistə (Vışinski) gəldikdə isə təbii ki, mən Ukrayna prezidenti ilə bugünkü səfərimi müzakirə edəcəyəm və bu halı da qeyd edəcəyəm. Dediyim kimi orada rus jurnalistlər həbs olunur və öz işləri ilə məşğul ola bilmirlər. Bu da bizdə narahatlıq yaradır", — deyə Merkel Rusiya prezidenti Vladimir Putinlə görüşün yekunlarında dair birgə keçirilən mətbuat konfransında bildirib.

Vladimir Putin isə RİA Novosti-nin Ukrayna bürosunun rəhbəri Kirill Vışinkinin həbsi ilə bağlı vəziyyəti görünməmiş hal adlandırıb: "İnsana qarşı öz peşəkar vəzifələrini açıq şəkildə etdiyi üçün dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürməyə çalışırlar. Mən belə bir şeyi çoxdandır ki, görməmişdim, xatırlamıram". 

Qeyd edək ki, mayın 15-i səhər saatlarında agentliyin ofisinə üzərində UTX yazısı olan uniformalı adamlar daxil olub. Şahidlər onların qaldırıcı qurğunun köməyi ilə agentliyin ofisinin yerləşdiyi binaya necə daxil olduqlarını görüblər. Bunun ardından ofisdəki jurnalistlərlə əlaqə kəsilib. Bundan sonra Kirill Vışinskinin UTX tərəfindən saxlanıldığı məlum olub.

Son zamanlar Ukraynada təqib olunan rusiyalı jurnalistlərin sayı onlarladır. Rusiya XİN ATƏT və Avropa Şurası ölkələrini, eləcə də beynəlxalq təşkilatları Ukraynanın bu siyasətinə qiymət verməyə çağırıb.

Ukrayna hakimiyyəti birmənalı olaraq Rusiya KİV-lərinin bu ölkədə işləməsinə mane olur, müntəzəm surətdə onların ölkəyə girişinə qadağa qoyur. 2015-ci ilin martında Rusiyanın 115 KİV-i Kiyevdə dövlət orqanlarında akkreditasiyadan keçib.

Kiyevdə "Russia Today" mediaqrupuna daxil olan "RİA Novosti" agentliyinə qarşı xüsusilə sərt münasibət mövcuddur. Ötən il agentliyin "Eurovision" müsabiqəsinin finalına akkreditasiya olunmuş iki əməkdaşı tədbirə buraxılmayıb.

Əlaqədar

Ukrayna hakimiyyəti qarşısında sərt tələb qoyuldu
Ukrayna Azərbaycana ekstradisiya barədə müraciət etdi
Azərbaycan, Türkiyə və Ukrayna arasında bir ilk gerçəkləşdi

Əsas mövzular