22:06 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları

Təhlükəsizlik xidməti "RİA Novosti"nin ofisinə basqın edib, içəridəkilərlə əlaqə kəsilib

© AP Photo / Efrem Lukatsky
RUSİYA
Qısa URL
350 0 0

Bu gün səhər saatlarında agentliyin ofisinə üzərində UTX yazısı olan uniformalı adamlar daxil olub

BAKI, 15 may — Sputnik. Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları "RİA Novosti"-nin Kiyevdəki ofisinə basqın ediblər. Ofisdə olan jurnalistlərin xarici aləmlə əlaqəsi kəsilib.

Bir qədər əvvəl yayılan məlumata görə, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları "RİA Novosti"-nin Kiyev ofisinin əməkdaşı Kirill Vışinskini saxlayıb. Hələlik basqının və jurnalistin saxlanmasının səbəbləri açıqlanmayıb. Sadəcə, UTX bəyan edib ki, Rusiya Federasiyasının nəzarətində olan media strukturunda təhqiqat aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında agentliyin ofisinə üzərində UTX yazısı olan uniformalı adamlar daxil olub. Şahidlər onların qaldırıcı qurğunun köməyi ilə agentliyin ofisinin yerləşdiyi binaya necə daxil olduqlarını görüblər. Bunun ardından ofisdəki jurnalistlərlə əlaqə kəsilib. Bundan sonra Kirill Vışinskinin UTX tərəfindən saxlanıldığı məlum olub.

Son zamanlar Ukraynada təqib olunan rusiyalı jurnalistlərin sayı onlarladır. Rusiya XİN ATƏT və Avropa Şurası ölkələrini, eləcə də beynəlxalq təşkilatları Ukraynanın bu siyasətinə qiymət verməyə çağırıb.

Ukrayna hakimiyyəti birmənalı olaraq Rusiya KİV-lərinin bu ölkədə işləməsinə mane olur, müntəzəm surətdə onların ölkəyə girişinə qadağa qoyur. 2015-ci ilin martında Rusiyanın 115 KİV-i Kiyevdə dövlət orqanlarında akkreditasiyadan keçib.

Kiyevdə "Russia Today" mediaqrupuna daxil olan "RİA Novosti" agentliyinə qarşı xüsusilə sərt münasibət mövcuddur. Ötən il agentliyin "Eurovision" müsabiqəsinin finalına akkreditasiya olunmuş iki əməkdaşı tədbirə buraxılmayıb.

Əlaqədar

Ukrayna Azərbaycana ekstradisiya barədə müraciət etdi
Ukraynada millət vəkilini döydü, Bakıda tutuldu
Ukrayna DİN: Sarkisyan Maydanda insanların qətlini təşkil edib
Saakaşvilidən ukraynalılara ağlasığmaz vəd
Teqlər:
"RİA Novosti", Ukrayna Təhlükəsizlik Xidməti, ofis, basqın, Kiyev, Rusiya, jurnalist

Əsas mövzular