Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin İlham Əliyevi və azərbaycanlıları təbrik etdi

© Official website of President of Azerbaijan RepublicRusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevi salamlayır, Moskva, “Novo-Oqaryovo” dövlət iqamətgahı, 26 dekabr 2017-ci il
Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevi salamlayır, Moskva,  “Novo-Oqaryovo” dövlət iqamətgahı, 26 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Putin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, həmçinin Gürcüstan və Ukrayna liderlərini təbrik edib

BAKI, 8 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qələbənin 73 illiyi münasibəti ilə SSRİ ölkələrinin liderləri, həmçinin Gürcüstan və Ukrayna vətəndaşlarını təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Putin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, həmçinin Gürcüstan və Ukrayna liderlərini təbrik edib.

Rusiya prezidenti tərəfindən göndərilən təbrik məktublarında qeyd olunur ki, "Qələbə günü müqəddəs tarixdir və Vətənini, bütün bəşəriyyəti faşizmdən qurtulması naminə müharibə və arxa cəbhələrdə fədakarlıqla çiyin-çiyinə çalışan xalqlarımızın misilsiz qəhrəmanlığının və birliyinin simvoludur".

Xəbər lenti
0