00:15 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
373 0 0

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimindən sonra Nazirlər Kabineti istefa verib

BAKI, 7 may — Sputnik. Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimindən sonra Nazirlər Kabineti istefa verib.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, baş nazir Dmitri Medvedyev yeni seçilmiş prezident qarşısında hökumətin buraxılması ilə bağlı sərəncam imzalayıb.

Bu arada dördüncü dəfə Rusiya prezidenti seçilən Vladimir Putin baş nazir vəzifəsinə Dmitri Medvedyevin namizədliyini Dövlət Dumasına təqdim edib.

Qeyd edək ki, dördüncü dəfə Rusiya prezidenti seçilən Vladimir Putinin bu gün inauqurasiyası keçirilib. Andiçmə mərasimi 5 min qonağın iştirakı ilə Böyük Kreml sarayında baş tutub. Putin Rusiya Konstitusiyasına əl basaraq and içib. Dövlət himni səsləndikdən sonra prezident vətəndaşlara müraciət edib.

Əlaqədar

Medvedev yenidən "Vahid Rusiya" partiyasının sədri seçilib
Dmitri Medvedev Türkiyə ilə bağlı tapşırıq verdi
Medvedev: Münaqişənin dondurulmasını qan tökülməsindən üstün tuturam
Dmitri Medvedevin Azərbaycana səfəri başa çatıb
Teqlər:
andiçmə mərasimi, Rusiya Dövlət Duması, Nazirlər Kabineti, Dmitri Medvedev, Vladimir Putin, Rusiya

Əsas mövzular