Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünya çempionunu öldürən azərbaycanlının işindən yeni xəbər

CC0 / succo / hammerTərəzi və məhkəmə çəkici, arxiv şəkli
Tərəzi və məhkəmə çəkici, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İttiham olunanlar 5 ilədək azadlıqdan məhrum edilə bilərlər

BAKI, 28 aprel — Sputnik. Rusiyanın Xabarovsk diyarının prokuroru pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevin ölümü ilə nəticələnmiş davanı müşahidə edən mühafizə xidmətinin iki əməkdaşı barədə cinayət işi üzrə ittiham aktını təsdiqləyib. 

Xatırladaq ki, 2017-ci il avqustun 20-də Xabarovskda Andrey Draçev və Anar Allahverənov arasında mübahisə başlayıb. İstintaq məlumatlarına görə, Allahverənov Draçevə baş və bədən nahiyələrindən 21 əl və ayaq zərbəsi vurub. Bundan sonra zərəçəkən yerə yıxılıb və huşunu itirib. Anar Allahverənov yıxılandan sonra da idmançıya başından 5 zərbə vurub. İdmançı aldğı zərbələrdən xəstəxanada dünyasını dəyişib. 

Anar Allahverənov - Sputnik Azərbaycan
Dünya çempionunu öldürən azərbaycanlının məhkəməsi başlayır

Bundan sonra qətllə bağlı cinayət işi açılıb. Allahverənov hadisədən bir ay sonra hüquq mühafizə orqanlarına təslim olub.

İstintaqın məlumatına görə, çağırışa əsasən Rusiya Milli Qvardiyasının xüsusi mühafizə xidmətinin iki əməkdaşı hadisə yerinə gəlsə də, münaqişə iştirakçılarının saxlanılması barədə tədbirlər görülməyib və mühafizəçilər çıxıb gediblər. Onlar Rusiya Cinayət Məcəlləsinin 293-cü maddəsi (insan ölümü ilə nəticələnmiş xidmətə səhlənkar yanaşma) ilə ittiham olunurlar. 

"Xabarovsk diyar prokurorluğu xüsusi ağır cinayətin qarşısını almamış iki mühafizəçi barədə cinayət işini məhkəməyə göndərib" — məlumatda bildirilir.

İttiham olunanlar 5 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Xəbər lenti
0