Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Evini sökdülər, 15 min dollarlıq zinət tapıldı

© Photo : Milliyet.com.trEvdən tapılan zinət əşyaları
Evdən tapılan zinət əşyaları - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər qutunun 1941-1942-ci illərdə gizlədildiyini təxmin edirlər

BAKI, 17 aprel — Sputnik. Rusiyada 19-cu əsrə aid bir bina sökülüb. Bina sökülən zaman orada yaşayan ev sahibləri heyrətlənib.

Sökülən evdən içi qızılla olan dəmir sandıq tapılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, arxeoloqlar sandığa ilkin baxış keçirib və müəyyən olub ki, Rusiya İmperiyası dövrünə aid pullar, qızıllar orada yerləşdirilib.

Mütəxəssislər qutunun 1941-1942-ci illərdə gizlədildiyini təxmin edirlər. Tapılan bahalı əşyaların 15 min dollar qiyməti olduğu bildirilir.

Bunların bəziləri muzeydə ekspozisiyada sərgilənəcək.

Xəbər lenti
0