01:52 23 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Putin Ruhani

Vladimir Putindən İran prezidentinə vacib zəng

© Sputnik / Алексей Никольский
RUSİYA
Qısa URL
37801

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

BAKI, 15 aprel — Sputnik. Bu gün İran tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, prezidentlər ABŞ, İngiltərə və Fransanın raket zərbəsindən sonra Suriyadakı vəziyyəti müzakirə ediblər.

Bu qeyri-qanuni hərəkətin Suriya probleminin siyasi yolla həlli perspektivinə ciddi ziyan vurduğu ifadə edilib.

Vladimir Putin öz növbəsində qeyd edib ki, əgər BMT Nizamnaməsinə zidd olan fəaliyyət davam edərsə, bu, beynəlxalq münasibətlərdə xaosa gətirib çıxara bilər.

Rusiya və İran prezidentləri Yəmən də daxil olmaqla, Yaxın Şərq regionundakı vəziyyəti də müzakirə ediblər.

Onlar iqtisadi-ticari sfera da daxil olmaqla, iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olduqlarını vurğulayıblar.

Əlaqədar

NATO Suriya əməliyyatı barədə yekun qərarını verdi
Suriya böhranında gərginlik: Yeni müharibə hədəsi
Trampdan Suriya əməliyyatına dair gözlənilməz bəyanat
ABŞ Suriya ilə bağlı qərarını verdi
Teqlər:
Suriya, Həsən Ruhani, Vladimir Putin, İran, Rusiya

Əsas mövzular