10:54 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Председатель комитета Совета Федерации по международным делам Константин Косачев на презентации XIX Всемирного Фестиваля молодежи и студентов в Москве

Gərginlik artır: Rusiya Türkiyənin addımlarını "səhv" adlandırdı

© Sputnik / Grigory Sysoyev
RUSİYA
Qısa URL
ABŞ və müttəfiqlərinin Suriyaya qarşı hərbi əməliyyatı (23)
509 0 0

Rus senator Konstantin Kosaçov Türkiyənin ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyadakı hərbi obyektlərə təşkil olunan hücumu dəstəkləməsinin səhv olduğunu bildirib

BAKI, 14 aprel — Sputnik. Rus senator Konstantin Kosaçov Türkiyənin ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyadakı hərbi obyektlərə təşkil olunan hücumu dəstəkləməsinin səhv olduğunu bildirib.

Sputnik Türkiyə xəbər verir ki, Suriyaya təşkil olunan raket hücumu haqqında "Facebook" hesabından açıqlama verən Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçov Ankaranın hücuma verdiyi dəstəyi səhv hesab edib.

Kosaçov bildirib ki, Türkiyənin Suriyaya qarşı şikayətləri olduğu aydındır: "Ancaq bu, təcavüzkarlığın artırılması üçün əsas deyil. Türkiyənin də yer aldığı dinc həllin həqiqi yolu Cenevrə danışıqlarına dəstək üçün keçirilən üçlü Astana danışıqlarıdır. Qərblilərin raket hücumu, yalnız xəyalda olan kimyəvi anbarlara deyil, Suriyada həll prosesinə də zərbə vurur".

Mövzu:
ABŞ və müttəfiqlərinin Suriyaya qarşı hərbi əməliyyatı (23)

Əlaqədar

Suriya əməliyyatının başlanmasına səbəb olan məkan dağıdıldı - FOTO
ABŞ-dan günün daha bir zərbəsi - Bu dəfə Türkiyəyə
Türkiyənin bu açıqlaması Rusiya ilə əlaqələrə zərbə vuracaq
Türkiyədən etiraf: "Suriyada əməliyyat məlumatı bizə əvvəlcədən verilib"

Əsas mövzular