Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

© POOL / Mediabanka keçidBMT Təhlükəsizlik Şurası
BMT Təhlükəsizlik Şurası - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

BAKI, 12 aprel — Sputnik. Rusiya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Sputnik Türkiyə xəbər verir ki, Kreml Suriya məsələsini müzakirə etmək üçün BMT TŞ-nin üzvlərini sabah bir araya gəlməyə dəvət edib.

Qeyd edək ki, Suriya ətrafında vəziyyət getdikcə daha da gərginləşməkdədir. ABŞ Suriyada kimyəvi silahın tətbiq olunduğunu bəyan edib.

Böyük Britaniyanın Nazirlər Kabineti isə krallığın Suriyaya mümkün zərbə endirilməsi aksiyasında iştirakına icazə verib.

Britaniyanın baş naziri Tereza Meyin sözlərinə görə, ABŞ və Fransa prezidentləri ilə o qənaətə gəliblər ki, beynəlxalq ictimaiyyət kimyəvi silahın tətbiqinə qadağanın dəstəklənməsi naminə Suriyaya ehtimal olunan hücuma reaksiya verməlidir.

Xəbər lenti
0