Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zirəddin Rzayev məşhur rus aparıcını cəmiyyət üçün böyük təhlükə adlandırıb

Abunə olmaq
Yelena Malışevanın sahibsiz itlərin güllələnməsi barədə fikri azərbaycanlı ekstrasensi qəzəbləndirib

BAKI, 11 aprel — Sputnik. Məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Rusiyanın Birinci kanalında yayımlanan "Jit zdorovo!" (Yaşamaq gözəldir) verlişinin aparıcısı Yelena Malışevanı küçə itlərini güllələməyə çağırdığı üçün kəskin tənqid edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Rzayev bu barədə qəzəbli postunu özünün Instagram sosial şəbəkəsindəki səhifəsində yayıb. Onun sözlərinə görə, bu günlərdə efirə çıxan "Jit zdorovo!" verlişində Malışeva sahibsiz küçə itlərini güllələməyə çağırıb. Bununla əlaqədar olaraq ekstrasens qeyd edib ki, heyvanların müdafiəçiləri teleulduzun bu çağırışından dəhşətə gəliblər. Sosial şəbəkədə hətta aparıcının cinayət məsuliyyətinə cəlb edilməsi üçün petisiya da təşkil edilib.

"Əzizim! Siz orta əsrlərdə yaşayırsız və bizdə inkvizisiya dövrüdür, nədir?! İİV-nun daşıyıcıları olan adamları və digərlərini də güllələmək lazımdır? Əgər itlər insanların sağlamlığı üçün təhlükədirsə, onda vərəmə, SPİD-ə yoluxmuş insanları da öldürmək lazımdır, çünki onlar da digər insanlar üçün təhlükədir, özü də çox ciddi təhlükə. Siz cavab verməyə də bilərsiz. Çünki sizin məntiqiniz aydındır. Qəddar fikirləri yaymağın özü də cəmiyyət üçün az təhlükəli deyil" — deyə Rzayev yazıb. 

Qeyd edək ki, "Jit zdorovo!" verlişində müxtəlif xəstəliklər, dərmanlar və sağlam həyat tərzi müzakirə edilir.

Xəbər lenti
0