Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Məsciddə döyülmüş şəxs dünyasını dəyişdi

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiyada təcili yardım avtomobili, arxiv şəkli
Rusiyada təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şəxslər arasında baş verən mübahisənin səbəbləri araşdırılır

BAKI, 11 aprel — Sputnik. Sankt-Peterburq Mərkəzi məscidində döyülən gözətçi ölüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin şəhər üzrə Baş idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sankt-Peterburqda məsciddə döyülmüş yaşlı kişi ağır yaralanmadan ölüb. Məlumata görə, şübhəli həbs olunaraq psixiatriya klinikasına aparılıb.

Daha əvvəl isə məlumat verilmişdi ki, Kronverksk prospektində yerləşən məsciddə 20 yaşlı gənc 1974-ci il təvəllüdlü gözətçini vəhşicəsinə döyüb. Şəxslər arasında baş verən mübahisənin səbəbləri araşdırılır.

Hadisə ilə bağlı "Qəsdən sağlamlığa zərər vurma, ehtiyatsızlıqdan zəzərçəkmişin ölümünə səbəb olma" maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti
0