23:33 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Rusiyada təcili yardım avtomobili, arxiv şəkli

Məsciddə döyülmüş şəxs dünyasını dəyişdi

© Sputnik / Natalya Seliverstova
RUSİYA
Qısa URL
207 0 0

Şəxslər arasında baş verən mübahisənin səbəbləri araşdırılır

BAKI, 11 aprel — Sputnik. Sankt-Peterburq Mərkəzi məscidində döyülən gözətçi ölüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin şəhər üzrə Baş idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sankt-Peterburqda məsciddə döyülmüş yaşlı kişi ağır yaralanmadan ölüb. Məlumata görə, şübhəli həbs olunaraq psixiatriya klinikasına aparılıb.

Daha əvvəl isə məlumat verilmişdi ki, Kronverksk prospektində yerləşən məsciddə 20 yaşlı gənc 1974-ci il təvəllüdlü gözətçini vəhşicəsinə döyüb. Şəxslər arasında baş verən mübahisənin səbəbləri araşdırılır.

Hadisə ilə bağlı "Qəsdən sağlamlığa zərər vurma, ehtiyatsızlıqdan zəzərçəkmişin ölümünə səbəb olma" maddəsi ilə cinayət işi açılıb.

Əlaqədar

Məscid qarşısında partlayış baş verib
Kilsənin həyətində məscid tikiləcək
Azərbaycanda məscid yanğından xilas edildi — şok iddia var
Məscid çökdü, ölənlər var

Əsas mövzular