Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Hesabına səhvən 30 milyon köçürdülər, indi ala bilmirlər

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidBank kartları və rus rublu, arxiv şəkli
Bank kartları və rus rublu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə ilə bağlı cinayət işi açılıb

BAKI, 6 aprel — Sputnik. Kemerovo sakini səhvən hesabına köçürülmüş 30 milyon rubl (885475 manat) pulu geri qaytarmaqdan imtina edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, şirkətin əməkdaşı müştəri ilə hesablaşmalar aparan zaman təsadüfən Kemerovo sakininin debet kartının rekvizitlərini göstərib. Və beləliklə onun hesabına 30 milyon pul göndərilib. Bu barədə o sms bildirişlə xəbərdar edilib.

"Hadisədən sonra təşkilatın nümayəndələri həmin şəxsi xəbərdar edərək, pulları geri qaytarmasını xahiş ediblər. Lakin həmin şəxs bundan imtina edib. 20 milyonu başqa hesaba köçürən şəxs 90 min rubl pulu mağazalarda xərcləyib" — deyə məlumatda bildirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb. Müstəntiqlərin tövsiyyəsi ilə həmin şəxsin hesabları bloklanıb. Nəticədə pulun çox hissəsi qanuni sahibinə qaytarılıb.

Xəbər lenti
0