00:34 21 Aprel 2018
Canlı yayım
Tropikano Biznes Mərkəzi

Azərbaycanlı biznesmenin əmlakı satışa çıxarılacaq

© Foto: Andrey Gordeyev / Vedomosti
RUSİYA
Qısa URL
230 0 0

Krasnaya Presnya küçəsində yerləşən 15400 kvadratmetrlik ticarət mərkəzinin binası "Tropikano"ya məxsusdur

BAKI, 5 aprel — Sputnik. Bu il may ayının ortalarında "Tropikano" Biznes Mərkəzinin əmlakı satışa çıxarılacaq. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Müflis Olma Haqqında Federal Reyestrin saytında qeyd olunub.

Moskvanın mərkəzində, Krasnaya Presnya küçəsində yerləşən 15400 kvadratmetrlik ticarət mərkəzinin binası "Tropikano"ya məxsusdur. Hazırda ticarət mərkəzinin ən əsas icarədarı "Detskiy Mir" (Uşaq aləmi) mağazasıdır.

Xatırladaq ki, "Tropikano" Biznes Mərkəzi əvvəllər azərbaycanlı iş adamı Telman İsmayılovun "AST Şirkətlər Qrup"una aid olub. 2015-ci ilin dekabrında məhkəmə İsmayılovun müflis olduğunu elan edib.

Ötən il isə T.İsmayılov bisnesmen Vladimir Savkinin və "Lyublino-motors" şirkətinin təsisçisi Yuri Brilevin qətlinin sifarişçisi olmaqda ittiham olunub.

Əlaqədar

Lənkəranski sui-qəsdində gözlənilməz dönüş və AST Telman müəmması
Telman İsmayılov haqda şok faktlar üzə çıxdı
Məhkəmə Telman İsmayılovun mənzillərinə həbs qoyub
Telman İsmayılov: "Hələ də azərbaycanca düşünürəm"
Rusiya Ali Məhkəməsi Telman İsmayılovu müflis saymır
Teqlər:
"Tropikano" Biznes Mərkəzi, müflis, satış, əmlak

Əsas mövzular