21:55 22 Aprel 2018
Canlı yayım
Diplomat çantası

Mərkəzi Avropa ölkəsi rus diplomatları qovmaqdan imtina etdi

© Sputnik / Ilya Pitalev
RUSİYA
Qısa URL
173 0 0

Kansler: "Bizim Rusiya ilə ənənəvi yaxşı münasibətlərimiz var və biz neytral ölkəyik"

BAKI, 5 aprel — Sputnik. Mərkəzi Avropa ölkələrindən olan Avstriya Respublikasının kansleri (baş nazir) Rusiya diplomatlarının geri göndərilməməsi məsələsinə aydınlıq gətirib. Sputnik Azərbaycan xəbər verir ki, baş nazir Sebastyan Kurs "Puls4" telekanalının efirində bu barədə açıqlama verib.

"Avropa İttifaqı ölkələrinin 1/3-i rusiyalı diplomatları geri göndərməkdən imtina edib və biz də onların arasındayıq. Biz qərara aldıq ki, bunu etməyək. Çünki bizim Rusiya ilə ənənəvi yaxşı münasibətlərimiz var. Və biz neytral ölkəyik, BMT və ya ATƏT kimi bir çox beynəlxalq təşkilatların qərargahları ölkəmizdə yerləşir" — deyə o bildirib.

Xatırladaq ki, "Skripal işi" ilə əlaqədar martın 26-da ABŞ 60 rusiyalı diplomatı "arzuolunmaz şəxs" elan edərək Sietldakı konsulluğu bağlamaq qərarı verib. Bununla yanaşı, bir çox Avropa İttifaqı ölkələri Rusiya diplomatlarını ölkədən çıxarmağa başlayıb.

Qeyd edək ki, keçmiş rusiyalı kəşfiyyatçı Sergey Skripal və qızı Yuliya Londonda huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti onların Rusiya kəşfiyyatı tərəfindən zəhərləndiyini iddia edir. Rəsmi Moskva isə ittihamı qəbul etmir və hadisənin qurama olduğunu bildirir.

Əlaqədar

Daha dörd ölkənin diplomatları Rusiyadan qovulur
Cavab tədbirləri özünü çox gözlətmədi: Diplomatik savaş yeni mərhələdə
Rusiyaya qarşı diplomatik müharibə elan edən Britaniya yeni hədəfini göstərdi
ABŞ və AB Rusiya ilə diplomatik müharibəyə başladı
Tramp "müharibə" siqnalı verdi: Rusiyalı diplomatlar qovula bilər
Teqlər:
Avstriya Respublikası, Sergey Skripal, ölkə, kəşfiyyatçı, diplomat, Avropa İttifaqı, Rusiya, baş nazir, kansler

Əsas mövzular