22:17 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Diplomatik qalmaqal

Daha dörd ölkənin diplomatları Rusiyadan qovulur

© Sputnik / Ramil Sitdikov
RUSİYA
Qısa URL
457 0 0

Qərara görə, 4 Polşa, 3 Litva, 2 İtaliya və 1 Latviya diplomatı Rusiyanı tərk etməlidir

BAKI, 30 mart — Sputnik. Rəsmi Moskva daha bir neçə ölkənin diplomatlarını ölkədən çıxarır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya hökuməti bu addımı həmin ölkələrin "Skripal işi" ilə bağlı verdiyi qərara adekvat olaraq atır.

Qərara görə, 4 Polşa, 3 Litva, 2 İtaliya və 1 Latviya diplomatı Rusiyanı tərk etməlidir. Bununla yanaşı, 2 hollandiyalı diplomat və Estoniyanın hərbi attaşesi ölkədən xaric edilir. Onlara aprelin 7-dək Rusiyanı tərk etmələri üçün vaxt verilib.

Rusiya Xarici İşlər Nazirliyi, həmçinin Britaniya hökumətindən Rusiyadakı diplomatların və inzibati heyətin ümumi sayını İngiltərədəki Rusiya diplomatik nümayəndəliklərdə çalışan insanların sayı ilə bərabərləşdirməsini tələb edib. Rəsmi Londona bunu etmək üçün bir ay vaxt verilib.

Xatırladaq ki, martın 4-də keçmiş kəşfiyyatçı Sergey Skripal və qızı Yuliya Britaniyanın Solsberi şəhərinin mərkəzində huşsuz vəziyyətdə tapılıb. Britaniya onları rus kəşfiyyatının zəhərlədiyini iddia edir. Rəsmi Moskva isə iddianı qəti şəkildə təkzib edir.

Bu hadisə ABŞ, Kanada və əsas Avropa ölkələri ilə Rusiya arasında diplomatik böhrana səbəb olub. Tərəflər qarşılıqlı olaraq diplomatları ölkədən çıxarmaq qərarı verib.

Əlaqədar

Rusiyaya qarşı diplomatik müharibə elan edən Britaniya yeni hədəfini göstərdi
Politoloq Rusiya-Qərb gərginliyinin yeni münaqişələr yaradacağını deyir
Amerikanın düşmənləri Rusiya ətrafında səngər qurur
Rusiya böyük sui-qəsd faktının gizlinlərini ortaya çıxardı
Teqlər:
rəsmi London, rəsmi Moskva, Sergey Skripal, ölkə, dövlət, diplomat, Britaniya, Rusiya, hökumət

Əsas mövzular