Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Cavab tədbirləri özünü çox gözlətmədi: Diplomatik savaş yeni mərhələdə

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidЗдание МИД РФ
Здание МИД РФ - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya ABŞ-ın Peterburqdakı Baş Konsulluğunu bağlayır

BAKI, 30 mart — Sputnik. Rusiya ABŞ-ın “Skripal işi” ilə əlaqədar atdığı addımlara cavab olaraq, bu ölkənin Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə XİN rəhbəri Sergey Lavrov bildirib.

Nazir deyib ki, ABŞ-ın Rusiyadakı səfiri Con Hanstman Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və XİN başçısının müavini Sergey Ryabkov səfirə bu barədə məlumat verib. Lavrov bu addımın ABŞ-ın rusiyalı diplomatları öz ərazisindən çıxarmasına cavab olduğunu bildirib. 

Борис Джонсон, мэр Лондона - Sputnik Azərbaycan
Qalmaqal yeni mərhələdə: XİN başçısı səfirin əlini sıxmadı

Bundan əlavə, Rusiya 60 ABŞ diplomatını da ölkədən çıxarır, onlara aprelin 5-dək ölkə ərazisini tərk etmələrinə vaxt qoyulub. Bu barədə isə Rusiya XİN-in məlumatında deyilir.  

Ölkədən çıxarılan diplomatlardan 58-nin ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşı, 2 nəfərin isə Yekaterinburqdakı Baş konsulluğunun işçisi olduğunu bildirilir.

Xatırladaq ki, ABŞ "Skripal işi"nə görə onlarla rusiyalı diplomatı ərazisindən çıxarıb.

Xəbər lenti
0