12:44 16 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

Mehriban Əliyeva kədərini ifadə etdi

© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
RUSİYA
Qısa URL
30 0 0

Mehriban Əliyeva Rusiya səfirliyində matəm kitabına ürək sözlərini yazıb

BAKI, 28 mart — Sputnik. Martın 28-də Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiyanın ölkəmizdəki səfirliyinə gələrək başsağlığı verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Mehriban Əliyeva Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında həlak olanlarla əlaqədar matəm kitabına ürək sözlərini yazıb.

Çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın xəbərinin ölkəmizdə böyük kədər hissi ilə qarşılandığını deyən Mehriban Əliyeva həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, hadisə zamanı xəsarət alanlara şəfa arzulayıb. 

Rusiyanın Azərbaycandakı səfirliyinin hərbi, hərbi-hava və hərbi-dəniz attaşesi İqor Lobastev səfirliyə gələrək başsağlığı verdiyinə və bu ağır günlərdə Rusiya xalqı ilə birlikdə olduğuna görə Mehriban Əliyevaya Rusiyanın Azərbaycandakı səfirliyi və xalqı adından minnətdarlıq edib.

Öz növbəsində, Mehriban Əliyeva Azərbaycan xalqının həlak olanların doğmalarının kədərini bölüşdüyünü bildirib: "Vurğulamaq istərdim ki, bütün insanlar kədər içindədirlər. Mən insanlarla çox görüşürəm, hamı bu faciədən danışır. Həqiqətən də bu dərdi səmimi qəlbdən bölüşürlər. Hərçənd həlak olanların yaxınlarının nələr çəkdiyini təsəvvür etmək çətindir. Allah onlara səbir və güc versin".

Hərbi attaşe İqor Lobastev Azərbaycan Prezidenti İlham Əliyevə də minnətdarlığını bildirib: "Biz bu hadisə ilə əlaqədar səmimi qəlbdən ilk başsağlığı verənlərdən biri kimi Azərbaycan prezidenti İlham Əliyevə də minnətdarlığımızı bildiririk. Əminik ki, Rusiya və Azərbaycan həmişə birlikdə olmalıdırlar".

Mehriban Əliyeva da qeyd edib ki, əsl dostlar üçün sınaq həm sevincli, həm də ağır anlarda birlikdə olmaq və bir-birini dəstəkləməkdir.

Əlaqədar

Mehriban Əliyeva diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb
İlham Əliyev və Mehriban Əliyeva tanınmış azərbaycanlını təbrik etdilər
Mehriban Əliyeva "İlin idman təşkilatçısı" seçilib
Könül Xasıyeva Mehriban Əliyevanın bağışladığı evdə: "Vida edəcəyəm"
Mehriban Əliyeva Türkiyənin Baş naziri ilə görüşüb

Əsas mövzular