12:35 16 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
Kemerovoda yanğın

Dəhşətli yanğında ölənlərlə bağlı ortaya yeni iddia atıldı

© Sputnik / Alexandr Kryazhev
RUSİYA
Qısa URL
610 0 0

Vitse-qubernator: "Burada nəsə aydın olmayan oyun gedir"

BAKI, 28 mart — Sputnik. Kemerovo vilayətinin rəhbərliyi "Qış albalısı" ticarət mərkəzində baş verən yanğında ölənlərin sayının 78 nəfər olduğu barədə məlumatı rəsmi rəqəmlərlə tutuşduraraq dəqiqləşdirir.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu regionun birinci vitse-qubernatoru Vladimir Çernov deyib.

O, bu barədə fikri vətəndaşların təşəbbüs qrupunun bəzi vətəndaşların qohumlarının itkin düşdüyü barədə bəyanatına dair suala cavab verərkən deyib. Sənədlərə əsasən, faciə qurbanlarının sayı 78 nəfər ola bilər. Rəsmi məlumatlara görə isə, bu rəqəm 64 nəfərdir. 

"Biz hazırda qohumlarının itkin düşdüyü barədə məlumatları yayan adamlarla əlaqə yaratmağa çalışırıq. Müxtəlif mənbələrdən, o cümlədən sosial şəbəkələrdən çoxlu informasiyalar daxil olur. Mənə elə gəlir ki, burada nəsə aydın olmayan oyun gedir, kimsə hərarəti yüksəltmək istəyir. Amma bu, çox ciddi məsələdir", — deyə Çernov bildirib.

O əlavə edib ki, əgər kimsə yalan məlumat yaysa, məsuliyyətə cəlb ediləcək.

"Siyahılar operativ qərargahdakı işçi qrupundadır. Onlar bir-biriləri ilə üst-üstə düşür. Qohumlarının itkin düşdüyü, yaxud zərər çəkdiyi barədə müraciət edən vətəndaşlarla əlaqə saxlanılır. Sonra isə hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlər görülür", — deyə vitse-qubernator bildirib.

Onun sözlərinə görə, əsas çətinlik ondan ibarətdir ki, müraciət edən vətəndaşların heç də hamısı ərizəyə əlaqə vasitələrini qeyd etməyiblər və yoxlamanın aparılması üçün detallı informasiya lazımdır. 

Çernov qeyd edib ki, hakimiyyət nümayəndələri yanğın zamanı ticarət mərkəzində kimlərinsə qohumlarının ola biləcəyini istisna etmir. Lakin mümkün dezinformasiyalar da araşdırılır.

Faciədən sonra sosial şəbəkələrdə "ölənlərin sayının yüzlərlə olduğu" barəsində informasiyalar yayılıb. Ötən gün Kemerovonun mərkəzində keçirilən mitinqdə yanğında ölənlərin "həqiqi sayı"nın açıqlanması tələbi irəli sürülüb.

Bundan sonra şəhər meri İlra Serdyukov və 15-dək mitinq iştirakçısı morqu ziyarət edərək daxil olan cəsədlərlə siyahını tutuşdurub. Sonra qrupun üzvləri bildiriblər ki, hər yeri yoxlayıblar və rəsmi məlumatlarda göstəriləndən əlavə yanğın qurbanlarının cəsədlərinə rast gəlməyiblər.

Məlum olduğu kimi, ölənlərin sayının çox olduğu barədə şayiələr ukraynalı Yevgeni Volnovun "yalançı telefon zəngi"ndən sonra yayılıb. O, "YouTube" kanalında bildirib ki, Kemerovo morqlarına zəng edərək özünü FHN-in əməkdaşı kimi təqdim edib və nə qədər boş yerlərinin olduğunu soruşub. 

Beləliklə öyrənib ki, birinci morq 100-dən artıq meyit qəbul etmək gücündə deyil. Lakin onlara tezliklə 300-dək meyit gətirəcəklər. Volnov ticarət mərkəzində yerləşən kinozalların tutumunu da hesabladığını və onların 300-dən artıq adam tutduğunu bildirib.

Lakin Volnovun verdiyi informasiya rəsmi qurumların əməkdaşlarını şoka salıb. Onlar bildiriblər ki, qurbanların sayı 60-70 nəfər civarındadır.

Qeyd edək ki, Kemerovodakı dördmərtəbəli ticarət mərkəzində yanğın bazar günü — martın 25-də baş verib. Yanğında 41-i uşaq olmaqla 64 nəfər faciəvi surətdə həlak olub. Hazırda 13 nəfər xəstəxanadadır. Onların çoxu dəm qazından zəhərlənib.

Rusiyada hadisə ilə bağlı matəm elan edilib.

Əlaqədar

Azərbaycanda da yanğın təlaşı
Yanğın bölgəsində aksiya keçirilir, məmur sakinlər qarşısında diz çökdü - VİDEO
Dəhşətli yanğının başlama anının videosu yayıldı
Dəhşətli yanğında 53 nəfər diri-diri yanıb - İtkin düşənlər də var
Dəhşətli yanğında ölənlərin sayı 40 nəfərə çatıb

Əsas mövzular