03:23 16 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Səfir Lauri Bristou

Rusiyadan İngiltərəyə adekvat cavab, 23 diplomat qovulacaq

© AFP 2019 / Alexander NEMENOV
RUSİYA
Qısa URL
42 0 0

Rəsmi London, Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib və işin arxasında Rusiyanın olduğunu iddia edib

BAKI, 17 mart — Sputnik. Britaniyanın Moskvadakı səfiri Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Sputnik xəbər verir ki, məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.

Səfir Lauri Bristouya (Laurie Bristow) çatdırılıb ki, 23 rus diplomatın Britaniyadan çıxarılmasına cavab olaraq, eyni sayda ingilis diplomat Rusiyada istənilməyən adam elan olunub. Beləliklə, 23 nəfər britaniyalı diplomatın Rusiyanı tərk etməsi istənilib.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki, İngiltərə vətəndaşı Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberi şəhərindəki ticarət mərkəzinin yaxınlığında skamyada huşsuz halda tapılıb. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

Rəsmi London, Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib və işin arxasında Rusiyanın olduğunu iddia edib. Kreml isə iddiaları ilk başdan rədd edib.

Əsas mövzular