Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sərxoş sürücü hirsindən arvadının və qonşuların maşınını əzdi - VİDEO

© Photo : APAYol qəzası nəticəsində zədələnmiş avtomobil. Arxiv şəkli
Yol qəzası nəticəsində zədələnmiş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Evdə arvadı ilə dava edəndən sonra həyətə düşüb onun və qonşuların maşınlarını əzdi

BAKI, 12 mart — Sputnik. Çelyabinsk vilayətinin Katav-İvanovska şəhərinin sakini həyətdə park edilmiş maşınları linç edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu insidentin videosu YouTube-da yayımlanıb.

Şahidlərin sözlərinə görə, kişi sərxoş vəziyyətdə maşınını əvvəlcə Toyota RAV4 markalı avtomobilə çırpıb. Sonra isə o, özünün Toyota Land Cruiser markalı maşını ilə RAV4-ü əzməyə başlayıb. KİV-də yayılan məlumata görə, RAV4 həmin kişinin həyat yoldaşına məxsus olub. O, evdə arvadı ilə dava etdikdən sonra həyətə düşərək onun maşının əzməyə başlayıb.

Videoçarxdan da göründüyü kimi, kişi öz maşınını dəfələrlə RAV4-ə çırparaq onu həyətdəki metal sütuna dırmaşdırır. Arada maşından düşərək RAV4-ün güzgüsünü qırır və güzgünü həyətdəki digər maşınlardan birinin üstünə tullayır. Sonra RAV-4-ü təpikləyərək şüşəsini qırmağa cəhd göstərir. Bundan ürəyi soyumayan sərxoş adam maşınına oturaraq yenidən arvadının maşınını sıradan çıxarmağa cəhd göstərir. O, arada maşınını həyətdəki digər maşınlara da çırpır, hətta öz maşınını xilas etməyə düşən piyada qonşunu vurmağa çalışır.

Videonu qeydə alanlar həyətdəki maşınları xilas etmək üçün polis çağırmaq lazım gəldiyini bildirirlər. Həyətdəki adamlardan biri Toyota Land Cruiser-in qapısını açaraq sərxoş sürücünü dayandırmağa çalışsa da, qapı bağlı olduğu üçün buna nail ola bilmir. Sonra sərxoş sürücü maşını sürərək həyətdən uzaqlaşdırır.

Maşınları əzən adamı cərimələr və sürücülük hüququndan məhrumetmə cəzası gözləyir.

Xəbər lenti
0