Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin ənənəsinə sadiq qaldı - VİDEO

Abunə olmaq
"Bilirəm bütün qadınlar gözəldir" şeirini səsləndirən Putin, qadınların dünyaya gözəllik və həyat enerjisi bəxş elədiyini deyib

BAKI, 8 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putin ötən il olduğu kimi bu il də qadınların 8 mart gününü şeirlə təbrik edib. Rus şair Andrey Dementyevin "Bilirəm bütün qadınlar gözəldir" şeirini səsləndirən Putin, qadınların dünyaya gözəllik və həyat enerjisi bəxş elədiyini deyib. 

"Dünya qadınlar gününüzü bütün səmimiyyətimlə təbrik edirəm. Baharın ilk anlarını yaşadığımız bu bayramda gülüşlər, çiçəklər və dərin duyğular, gördüyümüz nə varsa, hamısı sizin üçündür əziz xanımlar. Sizə olan bütün hörmətimizi, gözəlliyinizə və incəliyinizə olan heyranlığımızı bir daha dilə gətürmək üçün yaxşı ki 8 mart var, buna görə çox xoşbəxtik".

Prezident çıxışını tamamladıqdan sonra şeiri səsləndirib. Sputnik Azərbaycan RT-yə istinadən həmin videonu təqdim edir:

Xəbər lenti
0