Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Soyuq müharibə"dən bu yana Rusiyaya qarşı ən böyük "əzələ nümayişi"

© REUTERS / Yves HermanФлаг НАТО перед штаб-квартирой Альянса в Брюсселе, фото из архива
Флаг НАТО перед штаб-квартирой Альянса в Брюсселе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
NATO Rusiya sərhədində 45 min hərbçinin iştirakı ilə böyük təlim keçirəcək

BAKI, 8 mart — Sputnik. ABŞ Dəniz Piyadaları komandanı general Robert B. Neller NATO ölkələrinin Rusiya sərhədlərində 45 min hərbçinin iştirakı ilə böyük təlim keçirəcəyini bildirib. Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasındakı sessiyada çıxışı zamanı Neller oktyabr ayında NATO-nun böyük təlimi olacağını bildirib.

"Bu təlim "soyuq müharibə"dən bu yana ən böyük hərbi təlim olacaq. Onlarla döyüş gəmisi və təyyarənin iştirakı ilə keçiriləcək təlim Norveç sahillərində baş tutacaq", — ordu generalı bildirib.

Təlimin keçiriləcəyi regionla bağlı dəqiq məlumat verməyən Neller, yalnız Rusiya sərhədləri yaxınlığında olacağını işarə edərək deyib: "Əminəm ki, Rusiya tərəfindən təşəbbüslər olacaq. Amma güman edirəm ki, bu, ABŞ-ın yeritdiyi strategiyanın ciddiliyini, NATO müttəfiqlərimizin onları qorumaq üçün bizi orada görmək istədiklərini göstərir".

Qeyd edək ki, daha əvvəl Neller Norveçdə yerləşdirilmiş hərbçiləri, regionda böyük müharibənin başlayacağı barədə xəbərdarlıq etmişdi.

Xəbər lenti
0