Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qadınları öldürüb meyitlərlə əlaqədə olan polisə ömürlük cəza

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Prokuror tükürpədən cinayətləri törədən 52 yaşlı manyakın qurbanlarının daha çox olduğunu ehtimal edir

BAKI, 6 mart — Sputnik. Dövlət ittihamçısı 19 qadını öldürməkdə təqsirli bilinən Novosibirskdən olan keçmiş milis işçisi Yevgeni Çuplinskinin qurbanlarının sayının daha çox ola biləcəyini ehtimal edir.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu gün Novosibirsk vilayət məhkəməsi 52 yaşlı manyakın cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ömürlük həbs cəzasına məhkum edilməsi barədə qərar çıxarıb.

Məhkəmə ekspertizası Çuplinskinin psixi xəstə olduğu, amma onun öz hərəkətlərini dərk edə bildiyi qənaətinə gəlib. Bütün bunlarla yanaşı, ekspertlər onun homosidomaniya (insanın intim orqanlarını kəsmək) və nekrosadizmdən (meyitlərə qarşı seksual hərəkətlər etmək) əziyyət çəkdiyini qeyd ediblər. Çuplinski hökm oxunduqdan sonra jurnalistlərə məhkəmənin hökmündən mütləq şikayət verəcəyini bildirib. 

Astara Rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
HADİSƏ
Qatil olmamaq üçün özünü öldürdü

"Mən ittihamçı tərəf olaraq ehtimal edirəm ki, o, çox ehtiyatlı hərəkət edə və cəsədləri basdıra bilərdi. Lakin bu, yalnız bir ehtimaldır. Ola bilsin o, təhqiqat prosesindən qorxub və daha ehtiyatlı davranıb. Amma təkrar edirəm ki, bu, təsdiqini tapmayıb, sadəcə bir ehtimaldır", — deyə dövlət ittihamçısı Anjelika Yeqorova jurnalistlərin "Niyə Çuplinski 2005-ci ildə qəflətən qətllər törətməyi dayandırıb?" sualına cavabında bildirib.

Yeqorovanın sözlərinə görə, proses boyunca Çuplinski hakimləri inandırmağa çalışıb ki, o, istintaq zamanı sayıqlayıb, amma cinayətləri törətməyib.

"Amma bu, qətiyyən təsdiqini tapmayıb. O necə sayıqlayıb ki, 1998-ci ildən bu yana qətlə yetirilmiş şəxslərin cəsəd qalıqlarının müayinəsi aparıldıqdan sonra, ekspertizanın rəyi ilə onun ifadələri üst-üstə düşüb. Onun 2016-cı ildə verdiyi ifadələrlə ölüm səbəbləri, zərər vurma mexanizmləri, onların lokallaşdırılması, bədənin hissələrə necə bölünməsi, xəsarətin nə ilə yetirilməsi və s. hamısı birəbir üst-üstə düşür. Onun ifadələrini hadisə yerinə baxış zamanı tərtib olunan protokollar təsdiqləyir… O, hər şeyi bütün incəliklərinə qədər danışıb" — deyə Yeqorova bildirib.

1998-ci ilin payızından 2005-ci ilin iyuluna qədər Çuplinski Novosibirskidə gənc qadınlarla (18-31 yaş arası) tanış olaraq, onlara birlikdə vaxt keçirməyi təklif edib. Sonra onları öz maşınına oturdaraq adamların olmadığı yerə aparıb və öldürüb. Bundan sonra o, qurbanlarının bədənlərini hissələrə parçalayaraq şəhərin və şəhər ətrafının müxtəlif yerlərinə səpələyib.

İstintaqa verdiyi ifadələrdə o, qurbanlarını öldürdüyünü, onların intim orqanlarını kəsdiyini və cəsədlərlə cinsi əlaqədə olduğunu bildirib. Onun dediklərini cəsədlərin hissələri və onların üzərindəki zorakılıq əlamətləri də təsdiqləyib.

Xəbər lenti
0