01:26 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
Rusiyada prezident seçkiləri (14)
132 0 0

Ramzan Kadırov: "Prezidentimizə, Ali Baş Komandanımıza uzun ömür arzulayıram ki, o, ömürlük dövləti idarə eləsin"

BAKI, 16 fevral — Sputnik. Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinə dövləti ömürlük idarə etməyi arzulayıb və ona respublika üçün gördüyü işlərə görə təşəkkür edib. Sputnik Azərbaycan xəbər verir ki, Kadırov bu barədə postunu "Telegram"-da yayımlayıb.

11 ildir Çeçenistana rəhbərlik edən Kadırov yaydığı müraciətində Putinə ona inandığına görə minnətdarlığını bildirib. Həmçinin qeyd edib ki, bütün bu illər ərzində prezidentin etimadını doğrultmağa çalışıb.

"Prezidentimizə, Ali Baş Komandanımıza uzun ömür arzulayıram ki, o, ömürlük dövləti idarə eləsin. Biz isə həmişə ona sədaqətlə xidmət edəcək və onun qarşımıza qoyduğu vəzifələri yüksək səviyyədə yerinə yetirəcəyik", — deyə o yazıb.

Kadırov qeyd edib ki, Putinin dəstəyi sayəsində Çeçenistan hakimiyyəti terroru tamamilə çökdürüb, eləcə də bir çox sosial və iqtisadi problemlərin həllinə nail olub: "Hazırda respublika çiçəklənir, sakinlərin işləməsi, təhsili, istirahəti və özlərini təsdiq etmələri üçün hər cür şərait yaradılıb".

Mövzu:
Rusiyada prezident seçkiləri (14)

Əlaqədar

Vladimir Putin ekstremist cinayətlərin sayından danışdı
Poroşenkonun Putindən istəyi var
Kremldən Putinin səhhəti barədə açıqlama
Vladimir Putin zorlama barədə lətifəyə belə reaksiya verdi
Vladimir Putinin rəqibləri bəlli oldu
Teqlər:
Ramzan Kadırov, Çeçenistan, Vladimir Putin, Rusiya, prezident

Əsas mövzular