Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şəhərin dörd tərəfində matəmdir, hər kəs "ölüm siyahısı"nda öz əzizinin adını axtarır

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidВертолет МЧС России в Раменском районе Московской области, где самолет Ан-148 "Саратовских авиалиний" рейса 703 Москва-Орск потерпел крушение 11 февраля 2018 года
Вертолет МЧС России в Раменском районе Московской области, где самолет Ан-148 Саратовских авиалиний рейса 703 Москва-Орск потерпел крушение 11 февраля 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
"Aeroportda öz yaxınlarını qarşılayan insanların emosiyalarını izah etmək mümkün deyil"

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. "Baş vermiş aviaqəza həqiqətən dəhşətli faciədir". Bunu Sputnik Azərbaycan-a Orskdan olan jurnalist Dmitri Starostenko bildirib.

Xatırladaq ki, "Saratov hava yolları" (Saratov Airlines) şirkətinə məxsus 703 saylı Moskva — Orsk reysi üzrə uçan "An-148" təyyarəsi Domodedovo aeroportundan havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Qəza yerində xilasetmə qüvvələri - Sputnik Azərbaycan
Moskvada içində 71 nəfər olan təyyarə qəzaya uğrayıb - VİDEO

Starostenkonun sözlərinə görə, jurnalistlər qəza ilə bağlı bütün vacib informasiyaları toplamaq və həmvətənlərini məlumatlandırmaq üçün demək olar, fövqəladə rejimdə işləyiblər: "Çoxları hələ də baş vermiş hadisəyə inanmır. Orsk kiçik şəhərdir və bu faciə demək olar ki, hər kəsə toxunub. Bu faciə ilə üzləşmiş ailələrin hər birində bizim dostlarımız, tanışlarımız, həmkarlarımız var".

Jurnalist tanıdıqları insanların soyadına rast gələ biləcəkləri üçün mərhumların siyahısını izaholunmaz gərginliklə oxuduqlarını qeyd edib: "Aeroportda öz yaxınlarını qarşılayan insanların emosiyalarını izah etmək mümkün deyil. Allah heç kəsə belə bir faciənin şahidi olmağı nəsib etməsin. Amma biz xidməti vəzifəyə görə, bunları görməyə məcburuq".

"Orskda yaşayan və eləcə də oranı çoxdan tərk edən insanları bu ümumi bəla birləşdirib. Hər yerdə anım mərasimləri keçirilir", — deyə Starostenko bildirib.

"Saratov hava yolları" şirkətinə məxsus, 703 saylı Moskva-Orsk reysi üzrə uçan "An-148" təyyarəsi bazar günü Moskva vaxtı ilə saat 14:21-də (Bakı vaxtı ilə 15:21-də) Domodedovo aeroportundan havaya qalxıb. Yerə düşmüş təyyarənin qalıqları Moskva yaxınlığındakı Ramensk rayonunun Stepanovskoe kəndi yaxınlığında tapılıb.

Самолет Ан-148-100В, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təyyarə qəzasında ölən azərbaycanlı ilə bağlı rəsmi açıqlama

Təyyarədə olanların hamısı — 3-ü uşaq olmaqla 65 sərnişin və 6 ekipaj üzvü (cəmi 71 nəfər) həlak olub. Əldə olunan məlumatlara görə, ölənlər arasında Azərbaycan vətəndaşı Namiq Qəhrəmanov da var. Yevlax rayon sakini olan bu şəxs iki il əvvəl Orska gedib və orada onun tikiş sexi var imiş.

Rusiya aviasiyasından verilən məlumata görə, "Saratov hava yolları" şirkətinə məxsus "An-148" təyyarəsi Domodedovo aeroportundan havaya qalxandan bir neçə dəqiqə sonra radarlardan itib.

Hadisə ilə əlaqədar Rusiya İstintaq Komitəsi Cinayət Məcəlləsinin "hava nəqliyyatından istifadə qaydalarının pozulması, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda" maddəsi ilə cinayət işi açıb.

Azərbaycan prezidenti İlham Əliyev də Rusiya prezidenti Vladimir Putinə Moskva ətrafında aviasiya qəzası ilə əlaqədar başsağlığı verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İ.Əliyev V.Putinə məktub ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç, Moskva vilayəti ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş aviasiya qəzası barədə xəbər məni dərindən sarsıtdı. Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".

Xəbər lenti
0