Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İtkin düşən azərbaycanlıların axtarışına son verildi

© Sputnik / Murad OrujovКорабли в Каспийском море, фото из архива
Корабли в Каспийском море, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yapon dənizində itkin düşən azərbaycanlıların axtarışı dayandırılıb

BAKI, 29 yanvar — Sputnik. Yapon dənizində batan "Vostok" balıqçı gəmisinin axtarışları dayandırılıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.

“Axtarış əməliyyatı yanvarın 25-dən 29-dək davam edib. Ekipaj üzvlərinin sağ tapılmasına ümid qalmayıb. Bu səbəbdən axtarış-xilasedici əməliyyatın fəal fazası dayandırılıb. Bundan sonra axtarışlar ərazidən keçən gəmilər vasitəsi ilə aparılacaq”, — deyə nümayəndə bildirib.

"Vostok" balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı — Mübariz Hüseynov və Ruslan Əlizadə olub.

Xəbər lenti
0