Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İtən gəminin axtarışları davam edir

© Photo : Rusiya FHN-in Xabarovsk diyarı üzrə Baş idarəsinin mətbuat xidmətiYapon dənizi, arxiv şəkli
Yapon dənizi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Axtarışlara Mİ-8 və BE-200 helikopterləri də cəlb edilib

BAKI, 26 yanvar — Sputnik. Yapon dənizində itən Rusiyaya məxsus "Vostok" balıqçı gəmisinin axtarışları davam edir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, göyərtəsində ikisi azərbaycanlı olmaqla 20 nəfərin olduğu "Vostok" balıqçı gəmisinin axtarışları hələ də heç bir nəticə verməyib.

Bildirilir ki, gəminin tapılma şansı böyükdür və axtarışlar davam edir. Axtarışlara Mİ-8 və BE-200 helikopterləri də cəlb edilib.

Xatırladaq ki, dünən səhər saatlarından Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi ilə əlaqə kəsilib. Gəminin göyərtəsində 20 nəfər olub və onlardan ikisi azərbaycanlıdır. Onların hər ikisinin Rusiya vətəndaşı olduğu deyilir.

Xəbər lenti
0