05:39 02 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
296 0 0

"Onlar arasında əcnəbilərin olduğu haqda məlumat yoxdur və hər hansı ölkədən müraciət daxil olmayıb"

BAKI, 25 yanvar — Sputnik. Yapon dənizində itən "Vostok" balıqçı gəmisinin göyərtəsində olan hər iki azərbaycanlı Rusiya vətəndaşıdır. Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Yapon dənizi, arxiv şəkli
© Photo : Rusiya FHN-in Xabarovsk diyarı üzrə Baş idarəsinin mətbuat xidməti

"Dənizçilər — 1991-ci il təvəllüdlü Ruslan Əlizadə və 1972-ci il təvəllüdlü Mübariz Hüseynov Rusiya vətəndaşlarıdır. İtən gəmidə 20-yə yaxın Rusiya vətəndaşı olub. Onlar arasında əcnəbilərin olduğu haqda məlumat yoxdur və hər hansı ölkədən müraciət daxil olmayıb" — yerli mətbuat rəsmi qurumlara istinadən yazır.

Xatırladaq ki, Yapon dənizində göyərtəsində azərbaycanlıların da olduğu gəmi itib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, "Vostok" balıqçı gəmisinin axtarışı zamanı iki xilasedici jilet tapılıb. Helikopter axtarışlara cəlb edilsə də, heç bir izə rast gəlinməyib.

Məlumata görə, balıqçı gəmisi Cənubi Koreyanın Homsk limanına doğru hərəkət edirmiş. Bu gün səhər gəminin ekipajı qəza siqnalı verib və bundan sonra gəmi ilə əlaqə itib.

Verilən məlumata görə, gəminin göyərtəsində 21 nəfər olub. Əvvəlki məlumata görə, onlar arasında Moldova, Rusiya və Azərbaycan vətəndaşları olub. Qəza radio-siqnalının ötürüldüyü əraziyə sahil mühafizə xidmətinin gəmisi, xilasedici-yedəkçi gəmi və BE-200 təyyarəsi göndərilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, itən gəminin göyərtəsində olan azərbaycanlılardan hələ heç bir xəbər yoxdur: "Onların axtarışına bu gün səhər saatlarından başlanılıb".

Rus mətbuatı yazır ki, gəmi neytral sularda olduğu üçün axtarışlar uzun çəkir. Hazırda dənizdə suyun hərarəti 0 dərəcədir.

Əlaqədar

Göyərtəsində azərbaycanlıların olduğu gəmi dənizdə yoxa çıxıb
İranın Xəzərdəki nəhəng hərbi gəmisi iki hissəyə parçalanıb
Gəmi qəzasına görə 3 günlük matəm elan edildi
Partlayıcı maddə yüklü Türkiyə gəmisi saxlanıldı
Daha bir gəmimiz xarici sularda istismara buraxılıb
Teqlər:
vətəndaş, Rusiya, azərbaycanlı, "Vostok" balıqçı gəmisi, Yapon dənizi

Əsas mövzular