Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rus məktəbinə silahlı basqın olub, yaralananlar var

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidMəktəb yeməkxanasında şagirdlər, arxiv şəkli
Məktəb yeməkxanasında şagirdlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Maskalı şəxslər şagirdlərdən bəzilərini əsir almaq istəyiblər

BAKI, 15 yanvar — Sputnik. Rusiyanın Perm şəhərindəki 127 saylı məktəbdə dəhşətli hadisə yaşanıb. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, məktəbə daxil olan 2 nəfər maskalı şəxs 5 şagird və 1 müəllimi ağır yaralayıb.

Məlumatı Perm Şəhər Prokurorluğu yayıb. Şahidlərin dediyinə görə, maskalı şəxslər öncə şagirdlərdən bəzilərini əsir almaq istəyiblər. Bu cəhd mümkün olmadıqda onları bıçaqlayıblar.

Hadisənin təfərrüatları barədə hələlik ətraflı məlumat verilmir.

Xəbər lenti
0