21:23 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Rusiya XİN rəhbəri Sergey Lavrov

Rusiya xarici işlər nazirindən Türkiyə və İrana yönəlik mühüm bəyanat

© Sputnik / Mikhail Voskresensky
RUSİYA
Qısa URL
41701

Sergey Lavrov: "Əgər bu gün Suriyada vəziyyət ciddi mənada müsbətə doğru dəyişibsə, bunda Türkiyə, Rusiya və İranın rolu olduqca böyükdür"

BAKI, 11 yanvar — Sputnik. Rusiyanın Moskvada iranlı həmkarı Cavad Zəriflə görüşən xarici işlər naziri Sergey Lavrov yanvarın 29-da Soçi şəhərində keçiriləcək Suriya Milli Dialoq Konqresi ilə bağlı vacib açıqlama verib.

Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, zirvənin əhəmiyyətini vurğulayan Lavrov Türkiyə və İranla birlikdə Suriyada sülhə çox yaxınlaşdıqlarını deyib: "Əgər bu gün Suriyada vəziyyət ciddi mənada müsbətə doğru dəyişibsə, bunda Türkiyə, Rusiya və İranın rolu olduqca böyükdür. Bu üç ölkənin səyi nəticəsində regionda stabillik bərpa olunmaqdadır".

"Rusiya, Türkiyə və İranın ötən il başlatdığı "Astana prosesi" sayəsində Cenevrə danışıqları daha da əhəmiyyət qazandı. Bu, üç ölkənin təşəbbüsü ilə Suriya Milli Dialoq Konqresinə hazırlıq mərhələsinə keçildi" — Sergey Lavrov əlavə edib.

Əlaqədar

Putinlə Ərdoğan görüşməyəcək
Türkiyədə Rusiya səfirini öldürənlərdən biri tutuldu
Türkiyə Suriyadakı son olaylarla bağlı səfirləri XİN-ə çağırdı
Suriyada baş verən partlayışlar nəticəsində onlarla insan həlak olub
Teqlər:
Suriya Milli Dialoq Konqresi, İran, Sergey Lavrov, Cavad Zərif, Moskva, Rusiya, Türkiyə

Əsas mövzular