Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin İlham Əliyevə məktub göndərib

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiAzərbaycan Prezidenti İlham Əliyevin Rusiyalı həmkarı ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyalı həmkarı ilə görüşü olub - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putin Azərbaycan Prezidentini Yeni il münasibətilə təbrik edib

BAKI, 30 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib.

Sputnik Azərbaycan Kremlin saytına istinadən xəbər verir ki, V.Putin məktubunda Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin tamam olmasını vurğulayaraq bu yubileyin müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etməsi ilə əlamətdar olduğunu qeyd edib.

Putin iki ölkənin xalqlarının maraqlarına cavab verən konstruktiv dialoq və Rusiya-Azərbaycan tərəfdaşlıq əlaqələrinin gələcək inkişafına ümid etdiyini söyləyib. Rusiya prezidenti qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafı Cənubi Qafqaz və onun hüdudlarından kənarda təhlükəsizliyin və stabilliyin möhkəmlənməsinə xidmət edir. 

Xəbər lenti
0