22:41 13 Dekabr 2017
Canlı yayım
Следственный изолятор, фото из архива

Rostovlu "amazonka" silsilə qətllərə azərbaycanlı ərini öldürməklə başlayıb

© Sputnik / Aleksey Filippov
RUSİYA
Qısa URL
162 0 0

Rostovda yaşayan azərbaycanlının arvadı və qızları cinayətkar dəstə yaradaraq dəhşətli cinayətlər törədiblər

БАКУ, 8 декabr — Sputnik. "Amazon" dəstəsinin üzvləri Rostov vilayətində 10 qəsdən adam öldürmədə, 2 sui-qəsddə, 10 quldurluqda, 60 özəl və dövlət əmlakını oğurlamaqda təqsirli biliniblər. Rostov vilayət məhkəməsi dekabrın 5-də İnessa Tarıverdiyeva, onun qızı Viktoriya, Anastasiya Sinelnik və əri Sergey Sinelnik barədə hökm çıxarıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rostov vilayət məhkəməsinin rəsmi saytında məlumat verilib.

Sözügedən şəxslər banditizm, qətl və qətl məqsədli sui-qəsd, silah oğurluğu, odlu silahların qanunsuz dövriyyəsində (RF CM-nin 209, 105, 162, 226 və 222-ci maddələri) günahlandırılıblar. 

Belə ki, 1998-ci ildə İnessa Tarıverdiyeva sevgilisi Roman Podkopayevin köməyi ilə Azərbaycan doğumlu əri Arzu Tarıverdiyevi qətlə yetirib. Gözətçi işləyən Tarıverdiyev Divnı qəsəbəsi ərazisindəki gözətçi otağında güllələnib. Elə həmin andan da cinayət dueti yaranıb.

İstintaq müəyyən edib ki, Tarıverdiyeva və 2013-cü ildə qaçış cəhdi zamanı məhv edilmiş Podkopayev öz qruplaşmalarına sonuncunun doğma bacısı Anastasiya Sinelniki və onun həyat yoldaşı, Aksay rayonu Dİİ Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyinin Yol-patrul Xidmətinin müfəttişi işləyən Sergey Sinelniki cəlb ediblər. Bundan əlavə onların qrupunda Tarıverdiyevanın qızı Viktoriya Tarıverdiyeva da olub.

Dəstənini qurbanları arasında Nijni Novqorod vilayətinin Daxili işlər üzrə Baş İdarəsinin əməkdaşı Dmitri Çudakov, onun arvadı və iki uşağı da var. 

Məhkəmə İnessa Tarıverdiyevaya 21, qızı Viktoriya Tarıverdiyevaya 16, Anastasiya Sinelnikə 19, Sergey Sinelnikə isə 20 il müddətində azadlıqdan məhrumetmə cəzası verib.

Məhkəmə mənəvi ziyana görə Tarıverdiyeva və Sinelnik cütlüyünün hər birinə 3 milyon rubl, Viktoriya Tarıverdiyevaya isə 2,5 milyon rubl təzminat cəzası kəsib.

Məhkəmə bütün məhkumlardan maddi ziyana görə 131 min rubl tələb edib.

İ.Tarıverdiyeva istintaq zamanı bildirib ki, bütün hücumlarda şəxsən iştirak edib və qurbanları özü güllələyib. O, etiraf edib ki, polislərə dəhşətli dərəcədə nifrət edir və onları az öldürdüyünə görə təəssüflənir. Tarıverdiyeva qurbanlarını təqib etmədiyini, qətlləri yalnız qazanc məqsədilə və polislərə nifrət etdiyi üçün törətdiyini bildirib. 

Qruplaşma Don avtomobil şossesində avtomobilləri və vətəndaşların evlərini qarət edib. Basqınlar üçün uzun müddət hazırlaşmayıblar, öz qurbanlarının paltar və ayaqqabıları da daxil olmaqla hər şeyini götürüblər. Anastasiya Sinelnikin əri öz xidməti vəzifəsindən istifadə edərək qruplaşma üzvlərini polis radiostansiyası ilə təchiz edib. Ratsiyanın köməyi ilə onlar əməliyyatçıların hərəkətini izləməyə və onlarla qarşılaşmamaq üçün hadisə yerindən vaxtında uzaqlaşmağa müvəffəq olublar.

Nəhayət, 2013-cü ilin sentyabr ayında xüsusi təhlükəsizlik xidmətinin əməkdaşları şübhəli şəxslər Viktoriya Tarıverdiyeva və Podkopayevi onlar meşənin içində özlərinin "Qazel" markalı avtomobili ilə hərəkət edərkən fərq ediblər. Bu vaxt onlar arasında atışma baş verib və nəticədə polislərdən biri ölüb. Amma onun həmkarı kömək çağırıb. Onda Podkopayev vurulub. Qruplaşmanın digər üzvləri isə daha sonra saxlanılıb.

Əlaqədar

Qatil 22 il sonra cəzasını aldı
Qatil analar barədə qanun dəyişib
Yüzdən çox insanı öldürməkdə təqsirləndirilən şəxsin atası da qatil çıxdı
Sarayı vahiməyə salan qatil yaxalandı
Repressiya qurbanları: Qatil mərhəməti

Əsas mövzular