Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünyada ən vahiməli 8 məmləkət

© AFP 2023 / MAHMOUD KHALEDTuristlər Misirdəki Əbu Simbel məbədində II Ramzesin heykəlinin üzərinə günəş şüalarının düşməsini müşahidə edirlər. 22 fevral 2014-cü il
Turistlər Misirdəki Əbu Simbel məbədində II Ramzesin heykəlinin üzərinə günəş şüalarının düşməsini müşahidə edirlər. 22 fevral 2014-cü il - Sputnik Azərbaycan
Abunə olmaq
Finlandiya, Norveç və İslandiya turistlər üçün ən təhlükəsiz ölkələr hesab edilir

BAKI, 17 noyabr — Sputnik. Turistlər üçün 2018-ci ildə qorxulu ölkələrin siyahısı açıqlanıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, SOS Beynəlxalq Səhiyyə Xidmətləri Şirkəti 2018-ci ildə turistlər üçün təhlükəli ola biləcək ölkələrin xəritəsini hazırlayıb. Xəritə şirkətin rəsmi "Tvitter" səhifəsində yayımlanıb.

Antalya - Sputnik Azərbaycan
Türkiyənin turizm cənnətində güclü fırtına, onlarla xəsarət alan var

Xəritədə ölkələr təhlükəlilik səviyyəsinə görə, müxtəlif rənglərlə göstərilib. Xəritəyə görə, turistlər üçün ən təhlükəli ölkələr Suriya, Mali, Liviya, Yəmən, Əfqanıstan, Somali, Şimali Koreya və Cənubi Sudandır. Xəritədə bu yerlər qırmızı rənglə verilib.

Finlandiya, Norveç və İslandiya turistlər üçün ən təhlükəsiz ölkələr hesab edilir və bu ölkələr xəritədə yaşıl rənglə verilib. Amerika, Kanada, Avstraliya, Yaponiya və digər ölkələr də yaşıl rənglə işarələnib.

Rusiya isə təhlükəli ölkələr siyahısına düşüb. Xəritənin müəllifləri Rusiyanı "təhlükə riskinin dəyişkən olduğu" ölkə kimi qeydə alıblar. Braziliya və Çin də bu qəbildən ölkələr kimi göstərilib.

Xəbər lenti
0