15:02 23 Noyabr 2017
Canlı yayım
Yanacaqdoldurma məntəqəsi

Neft ölkəsində benzinin qiyməti rekord həddə qalxdı

© Sputnik / Maksim Blinov
RUSİYA
Qısa URL
Bəzi yanacaq növlərinin qiymətinin bahalaşması (6)
1490 0 0

"Aİ 92"nin bir tonu 42850 rubla, "Aİ 95"nin bir tonu isə 44990 rubla çatıb

BAKI, 14 noyabr — Sputnik. Rusiyada benzinin qiyməti 2017-ci il ərzində rekord həddə qədər bahalaşıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, "Aİ 92" markalı benzinin qiyməti 2,3 faiz, "Aİ 95" markalı benzinin qiyməti isə 1,7 faiz bahalaşıb.

Beləliklə, "Aİ 92"nin bir tonu 42850 rubla (1230 manat, litri 1,23 manat), "Aİ 95"nin tonu 44990 rubla (1292 manat, litri 1,30 manata) çatıb.

Qeyd olunur ki, qiymət artımına səbəb keçən həftə Moskva "Qazpromneft" zavodunda əsas qurğulardan birinin fəaliyyətini dayndırması olub. Eyni zamanda, şirkət bazarda yanacaq tədarükünü azaldıb və birjadan neft almağa başlayıb.

"Qazpromneft"dən bildirilib ki, qurğuların fəaliyyəti yaxın müddətdə bərpa olunacaq.

Mövzu:
Bəzi yanacaq növlərinin qiymətinin bahalaşması (6)

Əlaqədar

Benzinin qiyməti 1.40 manat olacaq
Vəzifəli şəxsdən benzin açıqlaması
Benzinin qiyməti yenə qalxdı
Benzin bahalaşdı, amma əvəzində...
Rüsum 200 dəfə azaldıldı: benzin ucuzlaşacaq?
Hökumət 92 oktanlı benzinlə bağlı daha bir qərar verdi
Teqlər:
"Qazpromneft", "Aİ 92", "Aİ 95", qiymət, benzin, Rusiya

Əsas mövzular