18:36 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
412 0 0

Bu ilin sentyabrında biznesmenə məxsus mülklərdə axtarış aparılıb

BAKI, 11 noyabr — Sputnik. Moskvanın Basmannı məhkəməsi Azərbaycan əsilli Rusiya biznesmeni Telman İsmayılovu qiyabi olaraq həbs edib. Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadən məlumat verir.

İsmayılovun vəkilinin sözlərinə görə, biznesmen iki və daha artıq qətlin təşkilində, həmçinin qeyri-qanuni silah ticarətində günahlandırılır. İsmayılov beynəlxalq axtarışa verilib.

Vəkil məhkəmənin bu hökmü oktyabrın 30-da verdiyini açıqlayıb. İsmayılov artıq hökmdən apellyasuya verib.

Bu ilin sentyabrında biznesmenə məxsus mülklərdə axtarış aparılıb. Axtarış iş adamları Vladimir Savkin və Yuri Brilyovun qətli ilə bağlı açılmış cinayət işi çərçivəsində həyata keçirilib. 

Azərbaycanlı oliqarx Telman İsmayılov, arxiv şəkli
© Sputnik / Yevgeniya Novozhenina

Rosbalt-ın məlumatına görə, Telman İsmayılovu səkkiz sifarişli qətl törətməkdə şübhəli bilinən qruplaşmaya aidiyyatı olmaqda ittiham edirlər. Onun əleyhinə qruplaşmanın üzvlərindən olan Harri Beloserkovski ifadə verib. Beloserkovskinin sözlərinə əsasən, qruplaşma Moskvanın Şimal inzibati dairəsindəki taicarət obyektləti ucbatından Koptev qruplaşmasının üzvlərini və onlarla bağlı olan biznesmenləri öldürüb.

Telman İsmayılovun qardaşı Rafiq 2016-cı ilin mayında Savkin və Brilyovun qətlində ittiham olunaraq həbs olunub. Onun digər qardaşı Vaqif isə axtarışdadır.

2009-cu ildə Telman İsmayılovun rəhbərlik etdiyi Moskvanın Çerkizov bazarının işində qanunsuzluqlar aşkarlanıb və bazar bağlanıb. İsmayılov bunun ardınca xaricə gedərək əmlakını satmağa başlayıb. 2017-ci ilin martında İsmayılov müflis elan olunub. 

Əlaqədar

Telman İsmayılov haqda şok faktlar üzə çıxdı
Məhkəmə Telman İsmayılovun mənzillərinə həbs qoyub
Telman İsmayılovun məşhur hotelində "bunt" qalxıb

Əsas mövzular