Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və ABŞ prezidentləri sabah Vyetnamda görüşəcəklər

© AP Photo / Evan VucciВстреча президентов США и России Дональда Трампа и Владимира Путина в ходе саммита G20, Гамбург, Германия, 7 июля 2017 года
Встреча президентов США и России Дональда Трампа и Владимира Путина в ходе саммита G20, Гамбург, Германия, 7 июля 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında keçirilməsi planlaşdırılan görüşün vaxtı məlum olub.

BAKI, 9 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında keçirilməsi planlaşdırılan görüşün vaxtı məlum olub.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüşün razılaşdırıldığını bildirib. O deyib ki, 10-11 noyabr tarixlərində Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatının Vyetnam sammiti keçiriləcək.

"Tamamilə məntiqidir ki, Putin və Tramp orada danışsınlar" — deyə Uşakov əlavə edib.

Prezidentin köməkçisinin fikrincə, nə qədər ki, müzakirə edəcək məsələlər var, Moskva ayrıca ikitərəfli görüşə hazırdır.

Onun sözlərinə görə, görüşdə ölkələr arasında ikitərəfli münasibətlər və Suriyadan tutmuş KXDR-ə qədər bütün beynəlxalq problemlər müzakirə ediləcək.

Xəbər lenti
0