00:54 24 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Государственный флаг Российской Федерации

Rusiyada repressiya qurbanlarına heykəl ucaldılıb

© Sputnik / Aleksey Filippov
RUSİYA
Qısa URL
8820

1937-39-cu illərdə Kareliyanın Medvejeqorsk şəhərindən 19 km uzaqlıqda yerləşən Sandarmoxda azərbaycanlılarla yanaşı, bir çox xalqların nümayəndələri repressiya qurbanı olub

Araz Əhmədov, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Düz 80 il bundan əvvəl 27 oktyabr-4 noyabr tarixlərində Kareliyada, Sandarmox adlanan yerdə 200 nəfərdən çox azərbaycanlı amansızcasına qətlə yetirilib.

Sputnik Azərbaycan xəbər verir ki, 1937-39-cu illərdə Kareliyanın Medvejeqorsk şəhərindən 19 km uzaqlıqda yerləşən Sandarmoxda azərbaycanlılarla yanaşı, bir çox xalqların nümayəndələri repressiya qurbanı olub. Ümumilikdə, sovet cəlladları tərəfindən 7 mindən çox fəhlənin, kəndlinin, məmurun, mədəniyyət işçilərinin, elm və təhsil adamlarının, hərbçilərin güllələndiyi ərazidə həlak olan həmyerlilərimizə abidə ucaldılıb. Kareliyada yaşayan Azərbaycan diasporunun təşəbbüsü ilə ötən gün abidənin açılışı edilib. Tədbirdə çıxış edən diaspor sədri Akif Quliyev, fəallardan İlyas İmanov və Nəsimi Əliyev qətlə yetirilən azərbaycanlıların adlarının dəqiqləşdirilməsi üçün işlərin aparıldığını bildiriblər. Gələcəkdə Kareliyanın paytaxtı Petrozavodskdan Sandarmoxu ziyarət etmək üçün xüsusi səfərlərin təşkili ilə bağlı da məlumat verilib.

Repressiya qurbanlarına həsr olunmuş abidə
© Photo : Nasimi Aliyev
Repressiya qurbanlarına həsr olunmuş abidə

Qeyd edək ki, 7.5 hektar ərazidə günasız yerə öldürülən insanlara aid 236 məzar var. Hər məzarda onlarla adam dəfn edilib. Kütləvi qətliam 11 avqust 1937-ci ildə imperiyanın rəhbəri İosif Stalinin əmri ilə başlayıb. 14 ay davam edən güllələnmə zamanı Solovetsk düşərgəsində saxlanılan 1111 məhbus da Sandarmoxda basdırılıb. Burada azərbaycanlılarla yanaşı, rusların, finlərin, karellərin, ukraynalıların, polyakların, almanların, macarların, tatarların, belarusların həyatlarına son qoyulub. İlk dəfə 1997-ci ildə Rusiya tərəfi Sandarmoxda qazıntılara başlayıb. Bundan öncə, ruslar, finlər, ukraynalılar, macarlar, polyaklar da Medvejeqorskda həlak olan həmyerlilərinin xatirəsini əbədiləşdirib.

Əsas mövzular