Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə və Rusiya prezidentləri "Kürdüstan" məsələsini müzakirə ediblər

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Hər iki prezidentin Suriya münaqişəsi və digər məsələlər barədə müzakirələr apardığı bildirilir

BAKI, 28 sentyabr — Sputnik. Türkiyənin paytaxtı Ankarada Rusiya və Türkiyə prezidentləri, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar 1,5 saat davam edib.

Hazırda danışıqlar geniş tərkibli heyətlə davam edir.

Dövlət başçıları İraqda keçirilən “referendumu”, Suriyadakı vəziyyəti, ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Bundan başqa, prezidentlər Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə tədarük etməsini, “Türk axını” layihəsini, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı məsələlər barədə də danışıblar.

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə işgüzar səfəri bu gün başlayıb.

Xəbər lenti
0