04:54 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
RUSİYA
Qısa URL
20 0 0

Türkiyə S-400 zenit-raket komplekslərinin alınması üçün Rusiya ilə saziş imzalayıb

BAKI, 27 sentyabr — Sputnik. "Türkiyə ilə aramızda olan hərbi-texniki əməkdaşlıq beynəlxalq qanunvericiliyinə uyğundur, heç kim buna görə bizi tənqid etməməlidir". Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov S-400 müqaviləsi ilə bağlı ünvanlanan tənqidlərə cavab verərkən deyib.

"Beynəlxalq qanunvericiliklə tənzimlənən Rusiya və Türkiyə arasında olan hərbi-texniki əməkdaşlığı tənqid etməyə heç kəsin haqqı yoxdur və bu əməkdaşlıq heç bir halda üçüncü tərəfə qarşı yönəlməyib” – Peskov bildirib.

Sözçü, Putinin sabahkı Türkiyə səfərindən də danışıb:

“Səfər tamamilə praqmatik məqsədə xidmət edir. İstər ticari-iqtisasdi əməkdaşlıq olsun, hərbi, mədəniyyət sahəsində iki ölkə çox böyük qarşılıqlı fəaliyyətə malikdir”.

Xatırladaq ki, Türkiyə S-400 zenit-raket komplekslərinin alınması üçün Rusiya ilə saziş imzalayıb.

Əsas mövzular