Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Məşhur qadın deputat vəfat etdi

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidİrina Yevtuşenko, arxiv şəkli
İrina Yevtuşenko, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putinin sevimli deputatı 61 yaşında dünyasını dəyişib

BAKI, 13 sentyabr — Sputnik. Rusiya Dövlət Dumasının məşhur deputatı İrina Yevtuşenko 61 yaşında vəfat edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə xəbər siyasətçinin Mama və ginekologiya kafedrasına rəhbərlik etdiyi Sibir Dövlət Tibb Universitetinin saytında dərc edilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan
Dövlət dumasının deputatı Mehriban Əliyevanı təbrik etdi

Yevtuşenko Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində anadan olub. Orta məktəbi bitirəndən sonra Tomsk Tibb İnstitutuna (hazırkı Sibir Dövlət Tibb Universiteti-red.) daxil olub. O, tələbəlik illərindən fəal surətdə ictimai-siyasi proseslərə qoşulub. Mama və ginekologiya kafedrasında tələbə elmi konfranslarında fəal iştirak edib.

1980-ci ildə "Müalicə işi" fakültəsini bitirib. 1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. Tibb elmləri doktoru olan Yevtuşenko, elə həmin ildə də Mama və ginekologiya kafedrasının professoru və rəhbəri vəzifəsinə təyin edilib.

Tomsk vilayətində diaqnostikanın endoskopik üsullarının tətbiqində və ginekoloji xəstəliklərin uğurlu müalicəsində onun rəhbərlik etdiyi kafedranın xüsusi rolu olub. 2011-ci ildə o, Tomsk vilayətində açılmış Perinatal Mərkəzin elmi rəhbəri, 2015-2016-cı illərdə isə baş həkimi olub.

Professor 18 sentyabr 2016-cı ildə Tomsk vilayətindən Dövlət Dumasına deputat seçilib. O, Dumanın Beynəlxalq məsələlər Komitəsinin üzvü olub. Rusiya prezidenti Vladimir Putinin tövsiyəsi əsasında Yevtuşenko hakim "Yedinaya Rossiya" partiyasının siyahısından deputat seçilib.

Xəbər lenti
0