20:26 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Boş ciblər, arxiv şəkli

Rəsmi: Əhalinin 8 milyonu müflisdir

CC0 / 1820796 / No Money
RUSİYA
Qısa URL
153 0 0

7,1 milyon adam 90 gün ərzində öz kredit öhdəliklərini yerinə yetirərək borclarını qaytarmayıb.

BAKI, 11 sentyabr — Sputnik. Birləşmiş Kredit Bürosunun (BKB) baş direktorunun müavini Nikolay Myasnikov bildirib ki, rusiyalılar arasında potensial müflislərin sayı artır.

BKB-nin məlumatına görə, demək olar ki, Rusiyanın 8 milyon borclu vətəndaşı müflis elan edilə bilərlər. Büronun apardığı dəqiqləşməyə görə, 7,1 milyon adam 90 gün ərzində öz kredit öhdəliklərini yerinə yetirərək borclarını qaytarmayıb.

"Belə bir təhlükə var ki, potensial müflislərin sayı orta sürətlə artmaqda davam edəcək. Amma açıq hesabları olan borcluların borcunun ümumi məbləği stabil olaraq qalacaq" — deyə Myasnikov bildirib. O, qeyd edib ki, son illərdə banklar borclularla bağlı tələblərini sərtləşdiriblər.

Myasnikovun sözlərinə görə, müflislərin sayının artması ölkə iqtisadiyyatının dərhal pisləşməsinə, işsizliyin artmasına və əhalinini gəlirlərinin azalmasına gətirib çıxaracaq.

BKB nümayəndəsi onu da qeyd edib ki, potensial müflislərin borcunun orta göstəricisi tədricən aşağı düşəcək.

Əsas mövzular