23:49 23 Sentyabr 2017
Canlı yayım
i Vladimir Putin BRİKS ölkələrinin Çinin Şiamin şəhərində keçirilən liderlər zirvəsindəki çıxışı zamanı

Putindən sərt xəbərdarlıq: "Şimali Koreya ilə müharibə dünya üçün fəlakət olar"

© Sputnik / Mikhail Klimentyev
RUSİYA
Qısa URL
348211

"KXDR-yə qarşı sanksiyaları faydasız və səmərəsiz hesab edirik"

BAKI, 6 sentyabr — Sputnik. "Şimali koreyalılar ac qalmamaq üçün ot yeyərlər, ancaq nüvə proqramından imtina etməzlər". Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya prezidenti Vladimir Putin "BRİKS" ölkələrinin Çinin Şiamin şəhərində keçirilən liderlər zirvəsindəki çıxışı zamanı deyib.

Kreml rəhbəri qeyd edib ki, Pxenyanı nüvə proqramından imtina etdirmək mümkünsüzdür. Putin, həmçinin Koreya Xalq Demokratik Respublikasının son ballistik raket sınaqlarını da pisləyib.

Lakin prezident qeyd edib ki, Pxenyana qarşı hərbi güc tətbiq etmək qlobal fəlakətə gətirib çıxaracaq: "Biz KXDR-yə qarşı sanksiyaları faydasız və səmərəsiz hesab edirik. Dostlarımız hərbi isteriya yaratmaqdansa, problemin həlli ilə məşğul olmalıdırlar".

Əlaqədar

Şimali Koreya ABŞ-a hədiyyələr göndərəcək
"Koreya xalqı bu axmaq adamdan canını qurtarmasa..."
Şimali Koreyadan ABŞ-ı qorxudan açıqlama gəldi
Şimali Koreya 3 ballistik raket atıb, heç bir hədəfə çatmayıb
Teqlər:
Şimali Koreya, Vladimir Putin, Rusiya

Əsas mövzular