05:24 22 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
RUSİYA
Qısa URL
2428

Proses bu cür davam edərsə, Ağ Ev rəhbərini impiçment gözləyir

BAKI, 23 avqust — Sputnik. Birləşmiş Ştatlar Senatının kəşfiyyat üzrə komitəsi, Konqresin icazəsi olmadan, prezident Donald Trampa Rusiya ilə əməkdaşlığı qadağan edən qanun layihəsini qəbul edib.

Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, Senatın bu cür sərt addım atmasına səbəb, Trampın iyul ayında Almaniyada keçirilən G20 sammitində, Rusiya prezidenti Vladimir Putinlə kiber təhlükəsizliyin birgə qorunması haqda söhbət aparmasıdır. Məhz bu hadisədən sonra sözügedən qanun layihəsinə komitə tərəfindən baxılıb və qəbul olunub.

Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxiləsini bilə-bilə Trampın Putinlə yaxınlıq etməsi də senatorları narahat edib. Bəzi analitiklərə görə, əgər proses bu cür davam etsə, Ağ Ev rəhbərini impiçment gözləyir.

Əlaqədar

Əgər Tramp Twitter-dən çıxsa....
Tramp ərəb krallarına Türkiyə ilə bağlı əmr verdi
Trampdan daha bir xəbərdarlıq
"Qorxu Trampı belə bir addım atmağa məcbur edir"
Donald Trampın reytinqi düşdü
Teqlər:
Konqres, Senat, qanun layihəsi, Donald Tramp, Rusiya, Birləşmiş Ştatlar, prezident

Əsas mövzular