16:14 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
RUSİYA
Qısa URL
32 0 0

Zoopark nikahın qeyd oluna biləcəyi məkanlar sırasına daxil olunub

BAKI, 13 avqust — Sputnik. Moskva meri Sergey Sobyaninin imzaladığı sərəncama əsasən, şəhər zooparkı nikahın qeyd oluna biləcəyi məkanlar sırasına daxil edilib.

Məlumata əsasən, ilk dəfə bu cür obyektlərin siyahısı 2006-cı ildə tətrib edilib. O vaxt siyahıya "Kuskovo" malikanəsi, Moskva muzeyi, Puşkin dövlət muzeyi və "Ostankino" muzey-malikanəsi daxil edilib.

Ötən illər ərzində nikahların qeyd olunması üçün ayrılan yerlərin sayı artırılıb. Bura Böyük Vətən Müharibəsi Mərkəzi muzeyi, Moskva Dövlət birləşmiş muzey-qoruğu, İlya Qlazunovun rəsm qalereyası, "Tsaritsıno" muzey-qoruğu, Pyotr yol sarayı və Smirnov malikanəsi əlavə edilib.

Əsas mövzular