15:43 17 Dekabr 2017
Canlı yayım
Pişik

Pişiklər təqaüdçünü yedilər

© Foto: Aleksey Korolev
RUSİYA
Qısa URL
812 0 0

Təqaüdçü şəxsi evində tək yaşayırmış, lakin onun 40-dək pişiyi olub

BAKI, 12 avqust — Sputnik. Rusiyanın Omsk şəhərində pişiklər tərəfindən yeyilmiş təqaüdçünün skeleti tapılıb..

Sputnik Azərbaycan-ın məlumatına görə, təqaüdçü şəxsi evində tək yaşayırmış. Lakin onun 40-dək pişiyi olub. Vaxtının çoxunu təqaüdçü evin həyətində keçirirmiş.

Sonuncu dəfə qonşular onu iyulun əvvəllərində görüblər. Onun görünməməsindən narahat olan qonşular evin ətrafında dolaşsalar da, qəribə heç nə aşkar etməyiblər. Polisə müraciətdən sonra evin qapısı sındırılıb və onlar mənzildə dəhşətli mənzərə ilə rastlaşıblar.

Mənzildə onlar kişinin skeletini görüblər. İlkin versiyaya görə, təqaüdçü ölüb, qidasız qalmış pişiklər isə kişinin meyitinin ət hissəsini yeyiblər. Sonrası daha dəhşətli olub, ac pişiklər bir-birini yeməyə başlayıblar. Nəticədə cəmi bir pişik sağ qalıb.

Rusiya İstintaq komitəsinin Omsk idarəsi sədrinin böyük köməkçisi Larisa Boldinovanın bildirdiyinə görə, hazırda təqaüdçünün ölüm səbəbi və onun ölümündə pişiklərin oynadığı rol aydınlaşdırılır.

Əsas mövzular