Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ən çox qaçırılan avtomobillər məlum oldu: Siyahı

© Photo : PUBLIC DOMAINLexus GX
Lexus GX - Sputnik Azərbaycan
Abunə olmaq
İlk beşliyə Land Rover Evoque və Toyota Camry də daxil olublar

BAKI, 10 avqust — Sputnik. Rusiyanın "Alfastraxovanie" sığorta şirkəti oğruların daha çox qaçırdıqları avtomobillərin siyahısını açıqlayıb.

Siyahıya Yaponiyanın Lexus GX başçılıq edir. Sonrakı yerlərdə Audi A8 və Porsche Panamera gəlirlər.

Ekspertlərin fikrincə, Lexus-u itirmək şansı 1,68%-dir. Porsche və Audi A8-də bu göstərici müvafiq olaraq 1,61 və 1,53% təşkil edir.

İlk beşliyə Land Rover Evoque və Toyota Camry də daxil olublar. Oğruların xoşladığı modellər arasında Lexus LX, Infiniti QX56, Land Rover Range Rover Sport, BMW 6-series və Toyota Land Cruiser də var.

Xəbər lenti
0