Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peyğəmbərin karikaturasını yayan adamı cərimələdilər

Abunə olmaq
Peyğəmbərin atlet formasında təsviri dindarların qəzəbinə səbəb oldu

BAKI, 8 avqust — Sputnik. Soçi sakini Viktor Noçevnov "VKontakte" sosial şəbəkəsindəki səhifəsində etdiyi paylaşıma görə 50 min rubl cərimə edilib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, cavan oğlan öz səhisəində İsa peyğəmbərin şəkillərini və karukaturasını paylaşdığına görə bu cəriməyə məruz qalıb.

İttiham olunan şəxsin vəkili Aleksandr Popkov bildirib ki, onun müvəkkili Soçi Mərkəzi Rayonundakı 101 saylı dairə məhkəməsində inanclı insanların dini hisslərini təhqir etdiyinə görə hakim qarşısına çıxarılıb. 

Yemək - Sputnik Azərbaycan
CƏMİYYƏT
Türkiyədə oteldə qəribə cəza

Məhkəmə müəyyən edib ki, günahlandırılan şəxs 2014-cü ilin oktyabrından 2015-ci ilin avqustuna qədər xristian bayramlarının qeyd olunduğu müddətdə sosial şəbəkələrdə Xristin 7 karikaturasını paylaşıb. Onların arasında İsa peyğəmbərin stadionda rəqs edən, turnikdə dartınan yerdə və ağır atlet formasında təsvirlər də var.

Noçevnovun vəkili qeyd edib ki, müvəkkilinin "düzgün formalaşmış tənqidi təfəkkürü var". O, özünü dini obrazların hakim olduğu cəmiyyəтə qarşı qoyur.

Soçidəki Knyaz Vladimir məbədinin abbatı, məhkəməyə şahid qismində çıxan şəxs isə Noçevnovun fəaliyyətini əsl "küfr" kimi xarakterizə edib. O deyib ki, Noçevnov "küfr"lə məşğul olmaqla dinlərarası təfriqə yaradır, inanclı insanların hisslərini təhqir edir. Onun fikrincə, Noçevnovə qarşı irəli sürülən ittiham ədalətlidir.

Xəbər lenti
0