06:49 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
1273 0 0

Rusiya prezidentinin son qərarı Vaşinqtonda qəzəbə səbəb olub

BAKI, 1 avqust — Sputnik. ABŞ-ın Respublikaçılar Partiyasından olan senatoru Con Makkeyn, Rusiya prezidenti Vladimir Putinin ünvanına sərt ifadələr işlədib. Sputnik Azərbaycan "Gazeta"-ya istinadən xəbər verir ki, Makkeyn amerikalı diplomatların Rusiyadan qovulmasına təəccüblənmədiyini bildirib.

Senator deyib ki, Putin və komandası ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkisinə müdaxilə etməyin hesabını ağır ödəyəcək: "Putinin amerikalı diplomatları ölkədən göndərməsi təəccüblü deyil. Ancaq Putin və onun komandası əvvəl-axır bizim demokratiyaya hücum etməyin hesabını ödəyəcəklər" — Makkeyn bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Kreml rəhbəri Vladimir Putin, Rusiyadakı amerikalı diplomatların sayının 455 nəfərə qədər azaldılması barədə qərar qəbul edib.

Əlaqədar

Rusiya bundan sonra ABŞ-la onun öz dilində danışacaq
ABŞ-dan Rusiya ilə bağlı mühüm qərar
ABŞ və Rusiya liderləri Ərdoğandan əl çəkmədilər
ABŞ-ın növbəti sanksiyalarına Rusiya necə cavab verməyə hazırlaşır
ABŞ və Rusiya prezidentləri görüşəcəklər
ABŞ - Rusiya gərginliyi nələrə səbəb olacaq?
ABŞ və Rusiya səmada qarşı-qarşıya gəldi
Teqlər:
amerikalı diplomat, Con Makkeyn, Vladimir Putin, Rusiya, ABŞ

Əsas mövzular