18:21 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
RUSİYA
Qısa URL
8301

Putin stəkandakı "Plombir"i seçib, satıcıya da tapşırıb ki, pulun qalanına da məmurlara dondurma versin

BAKI, 18 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin nazirlərə dondurma qonaqlığı verib. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu, Putinin Aviasalon "MAKS-2017"ni ziyarət etdiyi vaxt baş verib.

Putin aviasalonun eksponatlarına baxarkən hökumət üzvləri və sənaye müəssisələrinin rəhbərliyindən ibarət nümayəndə heyəti ilə birlikdə dondurma çadırına yaxınlaşıb. Dövlət başçısı dondurma satıcısına "Siz bizi nəyə qonaq edə bilərsiz" deyə sual verib.

Satıcı isə dondurmaları sadalayıb. Putin stəkandakı "Plombir" dondurmasını seçib. Cibindən min rublluq əskinası çıxaran Putin ona qalığı qaytarmaq istəyən satıcıya yanındakıları göstərərək "qalığa onlara da verin" deyib.

Bu görüntüləri əks etdirən videonu "Komsomolskaya pravda"nın müxbiri Dmitri Smirnov öz Twitter səhifəsində paylaşıb.

"Bizdə arzu edənlər çoxdur" — deyə "Rostex"in rəhbəri Sergey Çemezov bildirib. O da öz növbəsində satıcıya 5 min rublluq əskinası uzadıb. "Bu il sizin gəlirləriniz nə qədər olub, 80 milyard?" — deyə dövlət başçısı Çemezovdan soruşub. Və əlavə edib ki, "özünüzə dondurma ala bilərsiz".

Prezidentin mətbuat katibi Dmitri Peskov və sənaye və ticarət naziri Denis Manturov özlərinə "Korovka iz Korenovki", nəqliyyat naziri Maksim Sokolov isə prezident kimi 60 rubl qiyməti olan stəkanda "Plombir" dondurmalarını seçiblər.

Qeyd edək ki, Putinin MAKS aviasalonunda dondurma alması ənənəvi hal alıb. O, ötən ilin sentyabrında da bu tədbirdə Çinin sədri Si Tszinpinə bir qutu dondurma hədiyyə etmişdi.

Əsas mövzular